“Tibbi maskalara gəldikdə, bununla bağlı addımlar atılır”.
Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələ haqqında danışarkən deyib.
“Növbəti həftələrdə ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Bununla bağlı avadanlıq alınıb və ölkəmizə gətirilib”, – deyə M.Cabbarov vurğulayıb.(Qafqazinfo)