Bazar ertəsi, 30 Noyabr 2026 01:51:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

DİN repetitorların cərimələnməsi haqqında xəbərlərə münasibət bildirib

09.03.2020 21:57 · 1. 609 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra “WhatsApp” ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repititor müəllimləri ehtiyatlı olmağa çağırır. Səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repetitor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər”.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O bildirib ki, yayılan səslər tamamilə əsassız və uydurma bir iddiadır: “Bildiyiniz kimi, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bunun müəllimlərin repetitorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil”.

Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.(APA TV)

↑