Cümə axşamı, 15 Oktyabr 2026 17:46:27 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Rəsmi

Azərbaycanda məktəblərin bağlanması gözlənilir?

02.03.2020 15:27 · 547 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanda məktəblərin koronavirus təhlükəsi ilə əlaqədar bağlanıb-bağlanmayacağına münasibət bildirilib.

“Rubin.az” xəbər verir ki, Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuat konfransında deyib ki, bu günlərdə onlara ən çox daxil olan sual da məhz təhsil müəssisələrinin bağlanılması ilə əlaqədardır:

“Hələlik belə bir qərar yoxdur və mövcud vəziyyət saatbasaat analiz olunur, dəyərləndirilir. Belə bir qərar olduğu təqdirdə media məlumatlandırılacaq”.

***

Qeyd edilib ki, 24 fevraldan etibarən Təhsil Nazirliyi ölkə üzrə bütün məktəblərə tibbi profilaktik tədbirlərin görülməsi, dezinfeksiya işlərinin aparılması ilə bağlı təlimat verib.

Bakı daxil olmaqla yüzlərlə məktəblərdə virus əleyhinə tədbirlər görülüb. Kütləvi tədbirlərin miqyası azaldılıb. 7-24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

***

Cəsarət Valehov qeyd edib ki, hələ ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bağlanılması ilə bağlı hər hansı qərar qəbul olunmayıb.

O bildirib ki, məsələ ilk gündən diqqət mərkəzindədir. Belə ki, 30 yanvardan etibarən müvafiq işlərin görülməsinə start verilib.

***

C. Valehov məktəblərdə koronavirusla bağlı uşaqlardan sağlamlıq haqqında sənədin istənilməsi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib: “Profilaktik tədbirlər mütəmadi olaraq hər il keçirilir. Ancaq hazırda hər hansı xəstəliyə görə uşaqlardan sağlamlıqla bağlı heç bir sənəd istənilməyib”.

↑