Cümə, 16 Oktyabr 2026 09:42:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Ədəbiyyat

Prezident Əziz Mirəhmədovla bağlı sərəncam verdi

28.02.2020 20:11 · 5. 176 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyev professor Əziz Mirəhmədovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verib.

“Rubin.az” xəbər verir ki, sərəncamda deyilir:

“2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.

Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.

Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq, görkəmli alim Əziz Mirəhmədovun anadan olmasının 100 cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

↑