“Qaydalara əsasən, sertifikasiyaların müəllimlər üçün 5 ildən bir keçirilməsi nəzərdə tutulur”.
“Rubin.az” xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov illin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında deyib.
Nazir bildirib ki, qaydaların növbəti aylarda təsdiq edilməsi gözlənilir:
“Düşünürük ki, artıq 2020-ci ildən sertifikasiya proseduruna başlamaq mümkün olacaq. Proses mərhələlərlə həyata keçiriləcək. Bütün sistemdəki müəllimlərin mərhələlərlə keçməsi nəzərdə tutulur. Məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla müəllimlərin fərdi inkişafını təmin etmək və onu stimullaşdırmaqdır. Nəticələrə əsasən tələb olunan göstəricilərə çatmayan, zəif olan müəllimlər üçün əlavə imkanlar yaradılacaq, ixtisasartırma təlimləri təşkil olunacaq”.
Qeyd edək ki, sertifikasiya zamanı müəllimlər ixtisas və metodikadan imtahan verəcək.