Yanvarın 23-də Təhsil naziri Ceyhun Bayramov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edib.
“Rubin.az” xəbər verir ki,qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, həyata keçirilən qəbulda Hacıqabul, Salyan rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının əsaslı təmir və tikintisi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.