Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
  • Rəsmi
  • Təhsil Nazirliyi

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

rubinroot Yanvar 21, 2020
download

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq. Həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Nazirlikdən “Rubin.az”a verilən məlumata görə,sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 250 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 4 132 sorğu hazırda icra edilir, 4 228 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Deputatlığa namizəd Rəsulov Yusif Göyçayda Şəhidləri ziyarət edib – Foto+Video
Next: Müəllimlərin işə qəbulunda yenilik – Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.