Bazar, 22 Noyabr 2026 19:29:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15
Manşet

Azərbaycanda bir neçə qurum ləğv edildi -Prezident İlham Əliyev Fərman imzalayıb

14.01.2019 20:26 · 878 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Rubin.az xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Fərmanda müvafiq qurumlara bir sıra tapşırıqlar verilib.

↑