Bazar, 29 Noyabr 2026 22:58:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

08.09.2019 00:21 · 531 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

“Rubin.az” xəbər verir ki,Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri görməlidir. Bu müşavirə də bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunub.

YAP Sədrinin müavini qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunmaqdadır: “Müxalifətin ayrı-ayrı hissələri özlərinəməxsus şəkildə prosesə qoşulublar. YAP ölkədə mövcud siyasi proseslərin təhlil edilməsini də bələdiyyə seckilərinə hazırlıq məsələlərinin bir elementi kimi qəbul etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət bütövlükdə siyasi müxalifət üçün zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə normal cəmiyyətlərə xas olan norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub. İndi isə buraya yeni elementlər daxil edirlər. Bu da hədələmək, söymək və beləliklə də cəmiyyətimizin normal siyasi proseslərdən uzaqlaşmasına çalışmaqdır”.

Əli Əhmədov qeyd edib ki, bu dairələr siyasi müxalifət anlayışını ciddi surətdə təhrif etmiş olurlar. Beləliklə də, onlar yenidən vaxtilə Azərbaycanda həyata keçirilmiş “hakimiyyətə arxa qapıdan gəlmək” taktikasını tətbiq etmək istəyirlər. Bütün bunların hamısı siyasi proseslərdə xoşagəlməz proseslərin formalaşmasına rəvac verir. “Onlar siyasi proseslərdə normal dəyərlər əsasında iştirak etmək əvəzinə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak əvəzinə çağırışlarını seçkilərdən imtina üzərində qurublar. Son zamanlar bizim müşahidə etdiyimiz məqam odur ki, bu müxalifət Azərbaycanın reallığının üzərinə kölgə salmaqla Ermənistanı təbliğ edirlər. Məqsəd isə dövlətimizin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu da cəmiyyətimizdə ikrah doğurur”-deyən Əli Əhmədov bildirib ki, bu müxaliflərin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil ki, bu da təhlükəli haldır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti onların davranışlarını, fəaliyyətlərini qəti şəkildə pisləyir.

Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

↑