Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Şagirdlərin və valideynlərin nəzərinə!
  • Rəsmi
  • Təhsil Nazirliyi

Şagirdlərin və valideynlərin nəzərinə!

rubinroot Avqust 30, 2019
yenitn-10.10.17

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Təhsil Nazirliyində“Rubin.az”a  verilən məlumata görə, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Lotu Quli”nin ad gününə gələnlər saxlanıldı – Fotolar
Next: “Qarabağ” Avropa Liqasının qrupunda! – Fotolar+Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.