Cümə axşamı, 15 Oktyabr 2026 10:36:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı

13.01.2019 22:10 · 510 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Cinayət törətmək məqsədilə qruplaşma yaratmaq” və “cinsi istismar” maddələri üzrə həbs edilən Adnan Oktar həbsxanadan prezident Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən məlumatına görə, Oktar həbsxanada yaşayış şəraitinin çox pis olduğunu və ölkə başçısının bununla bağlı təlimat verməsini istəyib. 6 aydır Ədirnə həbsxanasında olan təriqət başçısı Ərdoğana məktubunda vaxtilə prezidentin qaldığı Pınarhisar həbsxanasındakı şəaritlə bu günkü cəza evlərinin arasında “uçurum” olduğunu yazıb:

“40 min nəfərin yatağı yoxdur. 80 min nəfər eyni yatağı istifadə etmək məcburiyyətindədir. Təmizlik, su çatışmazlığı, isitmə problemi, qidaların keyfiyyətinin aşağı olması problemlər sırasındadır. Hər şey cənab prezidentimizdən gələcək bir təlimata baxır”.

↑