Cümə axşamı, 26 Noyabr 2026 06:12:36 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00
Manşet

Prezidentlə xanımı “NərəMİZ” balıqyetişdirmə zavodunun istehsalat prosesi ilə tanış olublar – Fotolar

08.08.2019 01:01 · 654 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılan “NərəMİZ” balıqyetişdirmə zavodunun istehsalat prosesi ilə tanış olublar.

“Rubin.az”  xəbər verir ki, “CMS Properties” şirkətinin rəhbəri Eyvaz Eyvazov dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib. Pirallahı adasının girişində təməli Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə qoyulan kompleksin qapalı tipli istehsal sexləri inşa olunub. Ümumi sahəsi altı hektar olan bu müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Burada 30 iş yerinin açılması nəzərdə tutulur və perspektivdə onların sayı 70-ə çatdırılacaq. Kompleks çərçivəsində açıq tipli ferma, mehmanxana, yaxt-klub və koteclər də layihələndirilib.

“NərəMİZ” balıqyetişdirmə zavodunda müasir texnologiyalarla suyun təkrar dövriyyəsini təmin edən qapalı tipli fermanın inşası tamamlanıb. Qapalı sistemdə suyun təkrar dövriyyəsini təmin edən texnoloji proses nərə balığı istehsalının təbii faktorların təsirindən qorunmasına və yetişdirmə templərinin artmasına imkan yaradır. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılır. Layihənin növbəti mərhələsində dənizdə qəfəs təsərrüfatının qurulması nəzərdə tutulur. Hazırda münasib yerin seçilməsi üçün ölçmə-axtarış işləri aparılır. Nəticədə ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır. Kompleksin fermalarında yetişdirilmiş, habelə balıqçıların dənizdə tutduğu balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə zəruri şərait yaradılıb, balıq bazarı inşa olunub.

Layihə çərçivəsində ərazinin yaşıllaşdırılması və əhalinin istirahəti üçün şəraitin yaradılması məqsədilə kompleksin ətrafındakı sahil zonası abadlaşdırılıb və ərazidə müasir park salınıb.

Bu layihənin icrası ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalı əvəzləyəcək məhsulların istehsalı baxımından mühüm əhəmiyyətə malikdir. Son illərdə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sahəsində mühüm nailiyyətlər əldə olunub, bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.



↑