Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Yaşasaydı 88 yaşını qeyd edəcəkdi – FOTO
  • Mədəniyyət

Yaşasaydı 88 yaşını qeyd edəcəkdi – FOTO

rubinroot İyun 30, 2019
07c58af20e0a64596f7454cc771479c8.0

 

Böyük Azərbaycan şairi Əli Kərim (Kərimov Əli Paşa oğlu) 1931-ci ildə Göyçay şəhərində dünyaya gəlib.

O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, III kursdan Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Ədibin ilk əsəri olan “Təzə müəllim” şeiri “Azərbaycan pioneri” qəzetində dərc edilib. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında onun “İlk simfoniya” poeması mükafata layiq görülüb. Əli Kərim “Azərbaycan” jurnalının redaksiyasında şeir şöbəsinin müdiri olub.

Qeyd edək ki, şairin bugün vəfatından 50-il ötür.

Əli Kərim 1969-cu ilin iyunun 30-da Bakıda dünyasını dəyişib, Göyçayda dəfn olunub. Dəfn edildiyi yerdə isə Əli Kərim adlı park salınıb. Bundan əlavə Göyçayda şairin adını daşıyan ev muzeyi də fəaliyyət göstərir.

Davud Tarverdiyev – Göyçay.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Qəbələdə “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi başa çatıb
Next: Göyçayda güclü yağış yağır – FOTO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.