Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İntihara cəhd edən məktəblinin valideynləri nazirliyə çağırılıb
  • Gündəm
  • Təhsil Nazirliyi

İntihara cəhd edən məktəblinin valideynləri nazirliyə çağırılıb

rubinroot May 15, 2019
1492192661-4129

Bu gün Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əliyevanın valideynlərini Təhsil Nazirliyində qəbul edib.

“Rubin.az”  xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin də iştirak etdiyi qəbulda valideyn dinlənilib, məktəbdə aparılmış xidməti araşdırma barədə məlumat verilib, onları hazırda narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq göstərişlər verilib.

Xatırladaq ki, aprelin 30-da təxminən saat 20:30 radələrində paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin V sinif şagirdinin valideyni məktəb direktoruna övladının evdə dərmanqəbul edərək zəhərləndiyi barədə məlumat verib. Şamxal Əliyev iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Abutalıbovun bağladığı kafenin yerində gecə klubu açıldı
Next: Prezident İlham Əliyev Belçikadakı səfirliyin yeni binasının açılışında – Fotolar

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.