Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mehriban Əliyeva “Azərbaycana sevgi ilə” konsertində – Fotolar
  • Manşet
  • Mədəniyyət

Mehriban Əliyeva “Azərbaycana sevgi ilə” konsertində – Fotolar

rubinroot May 12, 2019
konsert

Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqili gecədə G.Verdinin, F.Cileanın və G.Puççininin əsərləri ifa olunub.

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub.



About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Leyla Əliyeva olimpiada qalibləri ilə görüşdü – Fotolar
Next: “Vəzifəm anamın, bacımın yanında olmaqdır” – Mahir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.