Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Rubin.az” xəbər verir ki, dəyişikliyə əsasən, dövlət başçısı ASAN-ın işçilərinin say həddini artırıb. Fərmanla agenlikdəki ştat vahidi 715-dən 895-ə qaldırılıb.