Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mədəniyyət Nazirliyindən açıqlama: “Bəzi müğənnilərə efir qadağası qoyula bilər”
  • Mədəniyyət
  • Şoubiznes

Mədəniyyət Nazirliyindən açıqlama: “Bəzi müğənnilərə efir qadağası qoyula bilər”

rubinroot Aprel 13, 2019
Mədəniyyət Nazirliyindən açıqlama: “Bəzi müğənnilərə efir qadağası qoyula bilər”

Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin toy müğənnilərinin efirə çıxarılmasına qadağa qoyulması barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bəzi sənət adamları onun düşüncələrinə qoşulsa da, xalq artistinin fikirlərinə qarşı çıxanlar da az olmayıb. Bir çox müğənni gəlirinin toydan olduğunu bildirib və bu cür addımı haqsızlıq adlandırıb.

Bəs, Mədəniyyət Nazirliyi müzakirələrə səbəb olan mövzu ilə bağlı hansı addımı atacaq? Həqiqətən, toy müğənnilərinin efirə çıxarılması qadağan ediləcəkmi?

“Rubin.az”  xəbər verir ki, mövzu ilə bağlı musavat.com-un əməkdaşı Mədəniyyət Nazirliyinin mətbuat sözçüsü İntiqam Hümbətovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, müğənnilərin efirə çıxması ilə bağlı bir çox tədbirlər görüləcək: “Prezident İlham Əliyev ilə incəsənət xadimlərinin görüşündə televiziyaların durumu barədə məlumat verildi. Televiziyalarla bağlı prezident tapşırıq verib. Mədəniyyət Nazirliyi də daxil olmaqla bir neçə qurum bu məsələ ilə bağlı tədbirlər görəcək. Artıq təkliflər planı hazırlanır, tezliklə ictimaiyyətə təqdim olunacaq”.

İ.Hümbətov son günlər müğənnilərin qalmaqallarla gündəmə gəlməsi və bir-birini təhqir etməsinə isə belə münasibət bildirib: “Nazir Əbülfəs Qarayev ilə jurnalistlərin görüşündə müğənnilərin mədəniyyəti, davranışı barədə sual ünvanlamışdı. O da öz fikirlərini bölüşmüş, məsləhətlərini vermişdi. Nazirin məsləhətlərinə kimisi əməl edir, kimisi etmir”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakı metrosunda ilk qadın maşinist işə götürüldü (FOTO)
Next: Bu gün XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.