Azərbaycan Prezidenti İlham Əliyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
“Rubin.az” xəbər verir ki, sərəncama əsasən, komitənin tərkibi aşağıdakı kimi müəyyən edilib:
Təşkilat Komitəsinin sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri
Şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri
Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Etibar Nəcəfov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri
Mübariz Qurbanlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ramiz Həsənov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Siyavuş Novruzov – Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
Rövşən Məmmədov – “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri
Aleksandr İşein – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu
Milix Yevdayev – Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri
Salman Musayev – Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini
Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri.
Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.