Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində Agentlik yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin və İri Şəhərlərin Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin inzibati binalarına baxış keçirib.
Təmir işlərindən sonra ilk dəfə həmin binaları ziyarət edən Zaur Mikayılov yaradılan iş şəraiti və mövcud infrastrukturla tanış olub və əməkdaşlar üçün yaradılan şəraiti nəzərdən keçirib.
Görüş zamanı ADSEA sədri su təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinin, iş prosesinin səmərəli təşkilinin və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini vurğulayıb.
Agentlik məlumatında göstərilir ki, həmçinin göstərilən xidmətlərin operativliyinin artırılmasının zəruri olduğu vurğulanıb.
Mənbə: az.trend.az

