Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitinə uyğun sürət seçməyi və avtomobillər arasında ara məsafəsini artırmağı tövsiyə edib.
BDYPİ qəfil manevr və sərt tormozlamadan çəkinməyi, nəqliyyat vasitəsini ağacların və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamamağı məsləhət görüb.
Məlumatda tövsiyələr güclü külək şəraitində yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəldiyi bildirilir.
Mənbə: az.trend.az

