Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Mustafayevin sürdüyü “VAZ-2104” markalı maşınların toqquşması ilə qeydə alınıb.
Hadisə yerində “Opel”in sürücüsü, 1987-ci il təvəllüdlü Seymur Pəhləvan oğlu İsmayılov həlak olub. Eyni avtomobildə olan sərnişinlər — 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə də hadisə zamanı dünyasını dəyişiblər.
Qəza nəticəsində “VAZ-2104”ün sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Həsənqulu oğlu Mustafayev və onun 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır bədən xəsarətləri alıblar. Bundan başqa, “Opel”də olan 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə müxtəlif dərəcəli ağır xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: az.trend.az

