Ağdamda 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər naminə” Birlik Kubokunun qalibi müəyyənləşib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, iki gün davam edən turnirdə Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən səkkiz komanda iştirak edib.
Turnirin finalında “Xocavənd” və “Agro-Lid MMC” komandaları qarşılaşıb; görüş “Xocavənd”in 5:2 hesablı qələbəsi ilə başa çatıb və “Xocavənd” komandası turnirin qalibi olub.
Qalib komandaya kubok təqdim edilib.
Mənbə: az.trend.az

