Noyabrın 4-ü saat 12:00-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir ki, işlərlə əlaqədar həmin yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları və yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.
Mənbə: az.trend.az

