Cümə axşamı, 15 Oktyabr 2026 09:45:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Ərdoğandan Dəniz Çakıra SƏRT SÖZLƏR: Əsl faşistlikdir

08.01.2019 19:11 · 578 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Bu ölkənin başı örtülü gənc qızlarına “Səudiyyə Ərəbistana gedin” demək faşistliyin ən yüksək həddidir”.

Publika.az Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezident Ərdoğan hicablı qadınlara hücum etdiyi deyilən aktrisa Dəniz Çakır haqqında danışarkən deyib. Rəcəb Tayyib Ərdoğan partiyasının bugünkü yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırıb.

O, çıxışında ad çəkməsə də, Dəniz Çakıra ismarış yollayıb:

“Sonuncu dəfə bir konsertdən çıxan başı açıq örtülü qızlarımıza bu şəkildə sataşıb “Səudiyyə Ərəbistana gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür.

↑