Çərşənbə, 21 Oktyabr 2026 10:56:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00
Dünya

Türkiyədə seçkilər başladı – İçkiyə, silaha qadağa, toylara vaxt qoyuldu

31.03.2019 22:07 · 465 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İğdır və Kilis şəhərində səsvermə prosesi başlayıb.

Bu ərazilərdə səsvermə yerli vaxtla saat 16:00-da başa çatacaq. Digər ərazilərdə isə işlər saat 17:00-da yekunlaşacaq.

Bələdiyyə seçkilərində 57 milyon 58 min 636 seçici səs vermə hüququndan istifadə edəcək.

Bu gün seçkilərlə əlaqədar olaraq Türkiyədə bir sıra qadağalar qoyulub. Belə ki, Səhər saat 06:00-dan gecə saat 00:00-dək alkoqollu içkilərin satılması, istifadəsi qadağandır. Səsvermə müddətində bütün kafelər, əyləncə məkanları bağlı olacaq, restoranlarda yalnız yemək veriləcək.

Bundan başqa, bu gün nəzərdə tutulmuş toylar saat 18:00-dan tez başlaya bilməz. Məclis keçirənlər içki qadağasına əməl etməlidir.

Polis və təhlükəsizlik orqanlarının işçilərindən başqa kimsə şəhər, kənd və ya qəsəbələrdə silah gəzdirə bilməz.

Radio və televiziyalarda isə 18:00-21:00-da yalnız YSK tərəfindən seçkilərlə bağlı xəbər və məlumatlar yayımlanacaq. Efirlər saat 21:00-dan sonra sərbəst fəaliyyətə keçəcək.(Qafqazinfo)

↑