Cümə axşamı, 29 Oktyabr 2026 15:05:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib

08.04.2026 18:24 · 0 baxış · rubinadmin
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyində keçirilən görüşdə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov qazaxıstanlı həmkarı Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsini, həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edərək burada yaradılmış şərait və xidməti fəaliyyətlərlə maraqlanıblar.
Qazaxıstanlı qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə, eləcə də Şəxsi Heyət Baş İdarəsində olaraq “Şəxsi Heyət Elektron Məlumat Sistemi” ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyətinə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzi və N hərbi hissəsində Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və informasiya texnologiyalarının vasitələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində yerinə yetirilən fəaliyyətlər, müasir rabitə texnologiyalarının tətbiqi və kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında məlumat verilməsi nəzərdə tutulub.
Nazirliyin müvafiq qurumları ilə tanışlıq zamanı nümayəndə heyəti üçün bölmələrin strukturu və fəaliyyət istiqamətləri barədə brifinqlər təqdim olunub, qonaqların sualları cavablandırılıb.
Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfərinin əsas məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

↑