Cümə axşamı, 29 Oktyabr 2026 22:44:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

BMT Baş katib vəzifəsinə Baçeletin namizədliyi təsdiqlənib

03.02.2026 06:50 · 1 baxış · rubinadmin
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

1 fevral bazar ertəsi günü BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sədrləri təşkilatın Baş katibi vəzifəsinə namizəd kimi BMT-nin sabiq İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletin namizədliyi barədə bildiriş alıblar.

APA xəbər verir ki, bu barədə Baş Assambleyanın 80-ci sessiyasının sədrinin ofisinin sözçüsü La Neys Kollins məlumat verib.

“Baş Assambleya və Təhlükəsizlik Şurasının sədrləri bu səhər Mişel Baçeletin namizədliyi barədə bildiriş alıblar. Namizədliyi Çili, Braziliya və Meksika təqdim edib”, – o bildirib.

Qeyd edək ki, Baçelet iki dəfə – 2006-cı ildən 2010-cu ilə və 2014-cü ildən 2018-ci ilə qədər Çilinin prezidenti olub. 2018-ci ilin sentyabrından 2022-ci ilin avqustuna qədər o, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb.

Baçelet BMT Baş katibi vəzifəsinə iddialı olan yeganə Latın Amerikası namizədi deyil. Ötən ilin noyabr ayında Argentina, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossini namizəd göstərib.

Hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti isə 31 dekabr 2026-cı ildə bitir.

Baş katib BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən beş illik, yenilənə bilən müddətə təsdiqlənir. Müddət məhdudiyyəti yoxdur, lakin əvvəllər heç kim bu vəzifədə 10 ildən çox qalmayıb.

↑