Cümə axşamı, 29 Oktyabr 2026 23:18:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Rusiya XİN Ermənistanla əməkdaşlıq məsələlərinə aydınlıq gətirib

03.02.2026 01:07 · 0 baxış · rubinadmin
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Rusiya bütün hallarda tərəfdaşları qarşısında beynəlxalq öhdəliklərə sadiqdir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Rusiya ənənəvi müttəfiqlərini – Ermənistan, Suriya, Venesuela və İranı – ABŞ-ın taleyinə buraxırmı?” sualına cavab olaraq bildirilib ki, məsələnin bu cür qoyuluşu ilə razılaşmaq olmaz.

“Ermənistanla Avrasiya məkanında ümumi inteqrasiya birlikləri çərçivəsində səmərəli əməkdaşlıq edirik. Avrasiya İqtisadi İttifaqına üzvlük respublikaya real, maddi fayda gətirir. Birliyin əsas üstünlüklərindən biri də məsələləri siyasi mülahizələrdən təsirlənmədən qarşılıqlı hörmət və üzv ölkələrin maraqlarının nəzərə alınması prinsipi əsasında həll etməsidir. Bundan əlavə, Ermənistan bütün hüquq və öhdəlikləri ilə KTMT-nin üzvü olaraq qalır. Biz İrəvanın təşkilatın işində tam iştirakını dəstəkləyirik, çünki bu, ölkənin təhlükəsizliyinin ayrılmaz elementidir. Rusiya hərbi bazası və sərhədçilərimiz Ermənistan və bütün Cənubi Qafqaz üçün təhlükəsizliyin əsas elementləridir.

Hesab edirik ki, Ermənistan rəhbərliyinin xarici əlaqələri diversifikasiya xətti ənənəvi müttəfiqlərlə əməkdaşlığı məhdudlaşdırmaq və ya ölkəmizə “strateji məğlubiyyət” vurmaq istəyən birliklər və blokların standartlarına doğru yenidən istiqamətlənmək anlamını vermir. Biz erməni həmkarlarımıza Avropa İttifaqı ilə yaxınlaşma ilə bağlı qiymətləndirmələrimizi açıq şəkildə çatdırırıq. Əminik ki, Ermənistan da daxil olmaqla Cənubi Qafqaz ölkələri Brüssel və Vaşinqtonun sözdə yaxşı niyyətlərinin arxasında soyuq hesablamaların olduğunu başa düşürlər. Onlar üçün Rusiyanın tarixən və ayrılmaz şəkildə bağlı olduğu bu region, ölkəmizə zərər vermək üçün istifadə edilə biləcək potensial ağrı nöqtəsindən başqa bir şey deyil”, – XİN -nin bəyanatında deyilir.

↑