Skip to content
Mart 7, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb
  • Gündəm

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

rubinroot Yanvar 20, 2026
696f6378804da696f6378804db1768907640696f6378804d8696f6378804d9.jpg

Türkiyə xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, eyni zamanda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir görüşdə Suriyada əldə olunan atəşkəs prosesinin müzakirə edildiyini bildirib. O, bu kontekstdə ABŞ nümayəndəsi Tom Barrakın Suriyada keçirdiyi görüşlərlə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib:

“Bu səhər ABŞ-ın Suriya üzrə nümayəndəsi hörmətli Tom Barrakla görüşdük. O, Dəməşqdə keçirdiyi görüşlərin detalları barədə məlumat verdi. Həm SDQ ilə, həm də Suriya hökuməti ilə ayrı-ayrılıqda, o cümlədən üçtərəfli formatda görüşlər keçirib. Biz Türkiyənin hər zaman konstruktiv rol oynadığını vurğuladıq. Bunu bütün tərəflər məmnuniyyətlə qarşılayırlar. Müzakirələrimizi birgə davam etdirəcəyik”, – deyə Hakan Fidan bildirib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycan Prezidenti İlham Əliyev Davosda Finlandiya Prezidenti ilə görüşüb
Next: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.