Skip to content
Mart 7, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
  • Gündəm

Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

rubinroot Yanvar 19, 2026
696e5c163457e696e5c163457f1768840214696e5c163457c696e5c163457d.jpg

19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib
Next: Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.