Skip to content
Ocak 12, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Kiprdə Rusiya səfirliyinin əməkdaşı ölü tapılıb
  • Uncategorized

Kiprdə Rusiya səfirliyinin əməkdaşı ölü tapılıb

Rubin Az Ocak 12, 2026
6964ee434372a6964ee434372b17682222756964ee43437286964ee4343729.png

Kiprin paytaxtı Nikosiyada Rusiya səfirliyinin əməkdaşı kabinetində ölü tapılıb.

APA xəbər verir ki, bu barədə ANT1 telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə gələn Kipr polisi səfirlik ərazisinə buraxılmayıb və mərhumun cəsədi hüquq-mühafizə orqanlarına diplomatik missiyanın həyətində təhvil verilib.

Məlumata görə, səfirlik nümayəndələri polisə ölümün intihar nəticəsində baş verdiyini, mərhumun vida məktubu qoyduğunu bildiriblər. Həmin məktubun Moskvaya göndəriləcəyi qeyd olunub. Sonradan Rusiya səfirliyinin rəsmi “Telegram” kanalında A.V. Panov adlı əməkdaşın öldüyü və cəsədinin Rusiyaya aparılacağı barədə məlumat yayılıb.

Bu hadisədən bir gün əvvəl isə Kiprdə 56 yaşlı “Uralximiya” şirkətinin sabiq direktoru Vladislav Baumgertnerin itkin düşüb.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Sumqayıtda əhali su ilə tam təchiz ediləcək və tullantı suları sistemi ilə əhatə olunacaq
Next: İsrailin müdaxiləsi İranda daha böyük böhranlara yol aça bilər

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.