Skip to content
Fevral 28, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Gəncədə 5 nəfər dəm qazından zəhərlənib
  • Xəbər xətti

Gəncədə 5 nəfər dəm qazından zəhərlənib

rubinroot Yanvar 12, 2026
1768201097_69644dee12cf669644dee12cf7176818123069644dee12cf469644dee12cf5.jpg

Yanvarın 12-də saat 02:20 radələrində 2 azyaşlı (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

05.26

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Next: Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının auditi aparılıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.