Cümə, 30 Oktyabr 2026 06:43:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Gələcəyə Sərmayə: İntellektual Potensialımız Tükənməz Sərvətimizdir!

04.11.2025 00:54 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində Prezidentimiz cənab İlham Əliyevin söylədiyi sözlər, hər bir təhsil işçisinin qəlbində böyük inam və qürur hissi yaratdı. Cənab Prezidentin təkrar-təkrar vurğuladığı əsas fikir budur: “Tükənməz sərvət isə intellektual potensialdır.” Bu, bizim üçün sadəcə bir cümlə deyil, həm də gələcəyə gedən yolda əsas şüardır. Biz dərk edirik ki, ölkənin qüdrəti artıq neft və qazla deyil, məhz gənclərimizin biliyi, elmə və təhsilə olan marağı ilə ölçülür. Təbii sərvətlər tükənə bilər, amma biliyə qoyulan sərmayə heç vaxt itmir, əksinə, yeni-yeni imkanlar yaradır. Odur ki, əsas vəzifəmiz neftdən gələn vəsaiti məhz bu intellektual zəminə, yüksək texnologiyalara və insan kapitalına yönəltməkdir.

Bu uzaqgörən siyasətin təməli çox qədimdir. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində Azərbaycan elminə və təhsilinə misilsiz diqqət göstərirdi. Onun rəhbərliyi ilə Akademiyanın işi yeniləndi, yeni elmi-tədqiqat mərkəzləri quruldu. O dövrdə elmə böyük vəsait ayrılırdı. Lakin Ulu Öndərin ən böyük strateji addımı yüz minlərlə Azərbaycan gəncini o vaxtkı Sovet İttifaqının ən güclü ali məktəblərinə göndərməsi oldu. Bu, müstəqil Azərbaycan üçün güclü kadr ehtiyatı hazırlamaq demək idi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da, hətta ən çətin illərdə belə, bu siyasət davam etdirildi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra ziyalılarla ilk görüşünü məhz AMEA-da keçirdi. Bu, dövlətin elmə və alimlərə olan ehtiramının ən gözəl nümunəsi idi. O, ağır iqtisadi vəziyyətə baxmayaraq, Akademiyanın qorunub saxlanılmasına və alimlərin fəaliyyətinə vəsait ayrılmasına çalışdı.

Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da gücləndirilir. Prezidentin qeyd etdiyi kimi, son 10 il ərzində elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Akademiyanın binaları təmir edilib, maddi-texniki bazası müasirləşdirilib. Ən vacibi isə, 2009-cu ildə Elm Fondunun yaradılması alimlərimizə böyük stimul verdi. “Elm haqqında” qanun, Milli Strategiya və Dövlət Proqramının qəbulu bu inkişafı institusional müstəviyə qaldırdı. Bu siyasət sayəsində bu gün də on minlərlə gəncimiz dünyanın aparıcı ali məktəblərinə ezam olunur.

Bu böyük diqqət və qayğı, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də öz əksini tapır. Heydər Əliyev Fondu vasitəsilə Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana Yeni Məktəb” kimi genişmiqyaslı təhsil layihələri, məktəb tikintiləri və yenidənqurma işləri birbaşa Prezidentin vurğuladığı intellektual potensiala sərmayə qoyulması prinsipini gerçəkləşdirir. Mehriban xanımın humanitar sahədəki, xüsusilə də sağlamlıq və təhsil sahəsindəki fəaliyyəti gənc nəsillərin fiziki və mənəvi inkişafına əvəzsiz töhfələr verir.

Biz bu gün texnoloji inkişafı, süni intellekti və rəqəmsallaşmanı əsas hədəfimiz elan edirik. Biz müəllimlər olaraq gəncləri bu çağırışlara hazırlamalıyıq. Unutmamalıyıq ki, bu güclü intellektual təməl bizə Şanlı Zəfəri qazandırdı. Bu təməl sayəsində biz iqtisadiyyatımızın qeyri-neft sektorunu gücləndirir, Qarabağ və Şərqi Zəngəzurda böyük bərpaolunan enerji və geoloji kəşfiyyat layihələri həyata keçiririk. Gələcəyimiz elmdə və biliyə olan inamımızdadır.

 

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynov

↑