Cümə, 30 Oktyabr 2026 06:42:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Dilin Saflığı: Milli Kimliyimizin Qoruyucusu

04.11.2025 00:52 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ana dilimiz hər bir millətin tarixi yaddaşının, mədəni irsinin və milli kimliyinin əsas dayanağıdır. Prezidentimiz cənab İlham Əliyevin AMEA-dakı çıxışında Azərbaycan dilinin saflığının qorunması məsələsinə xüsusi yer ayırması, bir dil və ədəbiyyat müəllimi kimi, mənim üçün olduqca əhəmiyyətli və emosional bir mövzu oldu. Prezidentin ifadə etdiyi narahatlıq və qətiyyət, milli mənsubiyyətimizin əsas sütununa yönəlmiş strateji diqqətdir. Cənab Prezident dəqiq olaraq vurğuladı: “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.”

Azərbaycan dili çox zəngin və qədim bir dildir. 50 milyondan çox insan üçün ana dili olan bu dil, heç bir xarici, lazımsız kəlmələrə ehtiyac duymur. Prezidentin bu məsələdəki qətiyyətli mövqeyi – əzəli Azərbaycan kəlməsinin başqa dildən gətirilmiş kəlmə ilə əvəzlənməsinin ya səhv, ya da təxribat olduğunu deməsi – bu sahədəki laqeydliyə son qoyulmasının vacibliyini göstərir. Prezident bu məsələni 10 il əvvəl də qaldırmışdı və bu gün özünün bu məsələ ilə daim məşğul olacağını və izləyəcəyini bəyan etməsi, dilimizin saflığının dövlət siyasətinin ən vacib istiqamətlərindən biri olduğunu sübut edir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucusu müstəqil Azərbaycan dövlətidir, lakin bu, bütün dövlət qurumlarının, alimlərin, dilçilərin və hər bir vətəndaşın ortaq vəzifəsidir.

Bu milli-mənəvi irsə diqqət, təbii ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycançılıq ideologiyasının davamıdır. Ulu Öndər hər zaman dilə, mədəniyyətə və milli dəyərlərə xüsusi həssaslıqla yanaşmışdır.

Bu diqqət, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində özünün ən parlaq təcəssümünü tapır. Heydər Əliyev Fondu vasitəsilə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, muğam sənətinin beynəlxalq səviyyədə təbliği, milli-mənəvi irsimizin qorunması və bərpası ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələr, Prezidentin dilimizin saflığının qorunması ilə bağlı çağırışını ruhlandırır və dəstəkləyir.

Dil məsələsi ilə yanaşı, cənab Prezidentin Azərbaycan tarixinin tədqiqi və təbliği ilə bağlı çağırışı da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın çoxəsrlik dövlətçilik və qurub-yaratma tarixi ilə bağlı sanballı əsərlərin yazılması, Ermənistan və diaspor tərəfindən tarixin təhrifinin qarşısını almaq üçün vacibdir. Prezidentin xüsusi qeyd etdiyi kimi, Çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisindəki toponimlərin, o cümlədən Göyçə gölünün Azərbaycan mənşəli olması tarixi həqiqətdir və bu faktlar qətiyyətlə təbliğ edilməlidir. Bu tarixi həqiqətləri bilərək, biz öz tarixi torpaqlarımıza avtomobillərlə qayıtmaq əzmindəyik.

 

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova

↑