Cümə, 30 Oktyabr 2026 06:44:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Qubadlının Strateji Coğrafiyası Və Dayanıqlı İnkişafı.

26.10.2025 20:45 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Mən, bir müəllim olaraq, 25 Oktyabr – Qubadlı şəhəri Günündə bu qədim diyarın təkcə hərbi-siyasi deyil, həm də strateji-coğrafi əhəmiyyətinə, təbii və iqtisadi zənginliyinə diqqət çəkməyi özümə şərəf bilirəm. Qubadlı – qəhrəmanlar diyarıdır, onun hər bir təbii sərvəti, hər bir dağının zirvəsi uğrunda Birinci və İkinci Qarabağ müharibələrində minlərlə fədakar övladımız mübarizə aparmış, canlarını fəda etmişdir. Bu, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti sayəsində bərpa olunan müdrik keçmişimizin zənginliyidir.

Qubadlı coğrafi mövqeyinə görə, Azərbaycanın cənub-qərb qapısıdır. Rayonun 120 km-lik Ermənistan sərhədi boyunca uzanması, onun strateji qalasının rolunu həmişə artırmışdır. Bu diyar uğrunda canını qurban verən Milli Qəhrəmanların, bütün şəhid və qazilərin fədakarlığı bu gün bizə təbiətə qarşı məsuliyyətli olmağı öyrədir. Bu torpağın qəhvəyi dağ-meşə torpaqları, zəngin yeraltı sərvətləri (o cümlədən, ehtiyatları 90 tondan çox olan qızıl yataqları) və 13160 hektarlıq meşə sahəsi erməni işğalı dövründə amansızcasına dağıdılmışdı.

Bu dağıntılar göstərir ki, təbii sərvətlərimizin qorunması – həm də qəhrəmanların vəsiyyətini yerinə yetirməkdir. Cənab Prezidentin müdrik siyasəti sayəsində bu təbii zənginliklər yenidən Azərbaycan xalqının xidmətinə qayıdır.

Bu gün Qubadlının iqtisadiyyatının əsasını təşkil edən tütünçülük, üzümçülük, taxılçılıq və heyvandarlığın bərpası Cənab Prezidentin real uğurlarının ən gözəl nümunəsidir. Rayonun Bərgüşad və Həkəri çayları ətrafında yerləşən kəndlərində, dağıdılmış su infrastrukturunun bərpası, xüsusilə də “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq (19.10.2022), Cənab Prezidentin təkcə hərbi deyil, həm də ekoloji tarazlığa verdiyi strateji önəmi göstərir. Su ehtiyatlarının idarə edilməsi, bölgənin kənd təsərrüfatı və iqtisadi dayanıqlılığı üçün həlledici əhəmiyyət daşıyır.

Bu mühüm işlərdə Cənab Prezidentin müvafiq komandasına – meliorasiya, kənd təsərrüfatı, ekologiya və tikinti işçilərinə verdiyi dəstək, onların fəaliyyətini daha effektiv edir. Quruculuq sürəti Cənab Prezidentin Böyük Qayıdış proqramına olan inamının əyani sübutudur.

Mən inanıram ki, Cənab Prezidentin siyasəti sayəsində Qubadlı qısa zamanda strateji, coğrafi və iqtisadi haba çevriləcək. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri gələcək perspektivlərə olan sarsılmaz inamımızın təməlini qoyur. Bu kəndlərin tikintisi, müasir “ağıllı kənd” texnologiyalarına əsaslanır ki, bu da Cənab Prezidentin modernləşmə siyasətinin coğrafi məkana tətbiqidir.

Biz, coğrafiya müəllimləri olaraq, gəncliyə bu torpaqların təbii dəyərini, qəhrəmanların mübarizəsini və Cənab Prezidentin siyasətini dəstəkləyən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyasının əhəmiyyətini öyrədirik. Bu qayıdış, həm də işğal dövründə aparılan qanunsuz fəaliyyətə verilən tarixi və elmi əsaslı cavabdır.

Qubadlı – Cənab Prezident İlham Əliyevin müdrik, ədalətli siyasətinin, təbiəti və qəhrəmanlıq irsini qoruyan xalqımızın nailiyyətidir. Biz bu torpaqları elmi, məhəbbətlə bərpa edəcəyik və onun strateji-coğrafi potensialını tam reallaşdıracağıq.

Niftiyev Nizami

Bakı şəhəri, Suraxanı rayonu, M.Bayramov adına 196 nömrəli tam orta məktəbin direktoru.

 

 

↑