Cümə, 30 Oktyabr 2026 06:43:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Qəhrəmanlıq Və Humanizm: Qubadlıya Qayıdan Həyatın Sosial Təməli, Dövlət Qayğısı.

26.10.2025 16:09 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mən, təhsil işçisi olaraq, 25 Oktyabr – Qubadlı şəhəri Gününü uşaqlara mənəvi qayıdış, milli ləyaqət, dövlət qayğısı və qəhrəmanlıq ənənəsinin davamlılığı dərsi kimi aşılayıram. Qubadlı, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində göstərilən misilsiz fədakarlığın, müdrik keçmişimizin simvoludur. Bu torpaqlar uğrunda canını qurban verən Milli Qəhrəmanların, bütün şəhidlərin və qazilərin ruhu bu gün burada qurulan hər bir binada yaşayır. Bu, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Böyük Qayıdışın humanitar əsasıdır.

Cənab Prezident İlham Əliyevin real uğurları Qubadlıda sosial infrastrukturun bərpasına yönəlməsidir. 04.05.2023-cü ildə təməli qoyulan 600 şagirdlik tam orta məktəb və 91 yataqlıq Mərkəzi Xəstəxana binaları, mənim üçün Cənab Prezidentin insana, onun sağlamlığına və təhsilinə verdiyi ali dəyərin simvoludur. Bu, eyni zamanda, illərlə didərgin düşmüş 29997 nəfər məcburi köçkünə doğma yurdlarında normal yaşayış şəraitinin yaradılacağını göstərir. Bu, qəhrəmanların ruhuna ən böyük ehtiram və xalqımıza verilən sözün yerinə yetirilməsidir.

Bu layihələrin qısa müddətdə həyata keçirilməsi, Cənab Prezidentin səhiyyə, təhsil və tikinti işçilərinə verdiyi dəstəyin və onların fədakarlığının nəticəsidir. Müəllim olaraq, bu quruculuq prosesini uşaqlara Vətənpərvərliyin əməli nümunəsi kimi təqdim edirəm.

Bu böyük humanitar prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar və mədəniyyət layihələri, bu qayıdışa misilsiz bir mərhəmət və zəriflik qatır. Qubadlıda dağıdılmış 7 məscidin bərpası, Milli Qəhrəmanların xatirəsini əbədiləşdirən abidələrin inşası Cənab Prezidentin siyasətinin mənəvi sütunudur. Mehriban xanımın qayğısı bu mənəvi bərpanı daha da gücləndirir. Bizim tərbiyə işimizdə Mehriban xanımın uşaqlara, qadınlara və sosial sahəyə olan diqqəti, humanizm dərsi kimi aşılanır.

Biz, təhsil işçiləri olaraq, Cənab Prezident İlham Əliyevin müdrik siyasəti ilə gələcək perspektivlərə doğru irəliləyirik. Qubadlıda qurulan yeni məktəb binası, “ağıllı kənd” (Mahruzlu və Zilanlı) layihələrində olduğu kimi, gələcəyin texnologiyalarını və dayanıqlı inkişaf prinsiplərini əks etdirir. Bizim vəzifəmiz, bu qayıdışın əhəmiyyətini dərk edən, bilikli, məsuliyyətli, dövlətə və qəhrəmanların irsinə sadiq gənclər yetişdirməkdir. Bu gənclər, Qubadlının gələcək inkişafını təmin edəcək əsas qüvvədir.

Qubadlı Cənab Prezident İlham Əliyevin liderliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və qəhrəmanların ruhu ilə bərpa olunan humanizm və qətiyyətin simvoludur. Bizim işimiz, bu əbədi Zəfərin gələcək nəsillərə çatdırılmasıdır.

Namiq İbadov

Bakı şəhəri, Suraxanı rayonu, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin direktoru

↑