Cümə, 30 Oktyabr 2026 07:42:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Türk Dünyasının Vahidi – Orta Dəhlizdən Humanizmə: Cənab Prezident İlham Əliyevin Uzaqgörən Mesajları

21.10.2025 10:01 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın aparıcı dövlət informasiya agentliyinə – “Kazinform”a verdiyi müsahibə, sadəcə siyasi bəyanat deyil, qardaşlığımızın və strateji tərəfdaşlığımızın gələcəyinə açılan parlaq bir pəncərədir. Bu müsahibəni bir təhsil işçisi kimi oxuyarkən, həm  türk dünyası inteqrasiyasının yeni mərhələyə yüksəldiyini , həm də bu əlaqələrin gənclərimizin gələcəyinə nə qədər mühüm təsir göstərəcəyini dərin qürur hissi ilə hiss etdim.

Cənab Prezident İlham Əliyev vurğulayır ki, bu əməkdaşlıq xalqlarımızın tarixi qardaşlığı, dostluğu, qarşılıqlı dəstəyi, ortaq türk kimliyinin möhkəm təməli və mənəvi dəyərləri üzərində qurulub. Bu möhkəm təməlin üzərində isə həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulmuşdur.

Cənab Prezidentin qardaş Qazaxıstana son üç il ərzində yeddinci səfərini reallaşdırması, eyni zamanda Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfər etməsi , bu münasibətlərin nə qədər intensiv və konstruktiv olduğunun ən bariz ifadəsidir. Cənab Prezident , Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında həyata keçirilən modernləşmə və iqtisadiyyatın şaxələndirilməsi islahatlarının uğurla həyata keçirilməsini xüsusi qiymətləndirir.

İqtisadi sahədəki inkişaf da ruhlandırıcıdır: 2024-cü ildə 470 milyon dollar olan əmtəə dövriyyəsi , 2025-ci ilin yanvar-avqust aylarında üç dəfə artaraq 547 milyon dollara yüksəlib. Bu, Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsinin parlaq nəticəsidir.

Azərbaycanın müasir uğurlarının və beynəlxalq münasibətlərinin dərinliyində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və millilik kursunun dərin izləri dayanır. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasət, milli maraqlarımızın qorunması ilə yanaşı, qardaş ölkələrlə əlaqələrin möhkəmlənməsində də əsas təməl rolunu oynayır.

Bu strateji baxışın mənəvi və humanitar qanadı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında təcəssüm olunur. Heydər Əliyev Fondunun prezidenti kimi də fəaliyyət göstərən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı, xeyirxah layihələr, Qazaxıstanla münasibətlərimizə xüsusi istilik qatır. Onun humanizm missiyası dövlətlərarası münasibətləri siyasi çərçivədən kənara çıxararaq, xalqlar səviyyəsində dərinləşdirir.

Bu mənəvi əməkdaşlığın ən parlaq nümunəsi kimi, qardaş Qazaxıstanın işğaldan azad edilmiş  Füzuli şəhərində tikdiyi Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi xüsusi qeyd edilməlidir. Cənab Prezident İlham Əliyevin minnətdarlıqla qeyd etdiyi bu Mərkəz, hazırda 100-ə yaxın uşağın təhsil aldığı mühüm mədəni-maarif müəssisəsinə çevrilib. Bu, gələcək nəsillərə əbədi qardaşlığın mesajıdır!

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlıq edir. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan bu Təşkilat, türk xalqları arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayıb. Keçən il Şuşada qeyri-rəsmi, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi, Türk Dünyasının birliyinə və qlobal nüfuzunun artmasına töhfə verən qərarların imzalanması ilə yadda qalıb.

Nəqliyyat-logistika sahəsində Cənab Prezidentin vurğuladığı kimi, Aktauda imzalanan “2022–2027 Yol Xəritəsi” ilə üç ölkənin nəqliyyat infrastrukturunun sinxron inkişafı nəzərdə tutulur. Həmçinin, Xəzərin dibi ilə çəkiləcək sualtı fiber-optik kabel layihəsi rəqəmsal inteqrasiyanı gücləndirəcək və 2026-cı ilin sonuna planlaşdırılır. Enerji sahəsində isə SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu ilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb.

Cənab Prezident İlham Əliyev Xəzər dənizində dayazlaşma – suyun səviyyəsinin sürətlə azalması kimi ciddi ekoloji problemlərə də toxunaraq, bunun həm ekoloji, həm də iqtisadi təhlükələr yaratdığını qeyd edib. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.

Cənab Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycanın Ulu Öndərin irsinə sadiq qalaraq regional və beynəlxalq miqyasda qazandığı böyük uğurların təcəssümüdür.  Azərbaycan liderinin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist fəaliyyəti sayəsində bu əlaqələr həm strategiya, həm də qardaşlıq ruhunda daha da dərinləşir, regional sabitliyə və Türk dünyasının möhkəm birliyinə xidmət edir.

 

Araz Balaoğlanov

Suraxanı rayonu,  84 nömrəli tam orta məktəbin təşkilatçısı

 

↑