Cümə, 30 Oktyabr 2026 07:41:44 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Füzuli şəhəri günü ilə əlaqədar -Böyük Qayıdış Proqramı

17.10.2025 12:37 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan tarixinin ən qürurverici səhifələrindən biri – Füzuli şəhərinin işğaldan azad olunması 2020-ci ilin 17 oktyabr tarixinə təsadüf edir. Bu gün təkcə hərbi qələbə deyil, həm də uzun illər doğma torpağından uzaq düşmüş insanların “Böyük Qayıdış”ının başlanğıcı kimi tarixə düşdü.

Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 27 il ərzində şəhər tamamilə dağıdılmış, infrastruktur yerlə-yeksan edilmişdi. 2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusunun parlaq Zəfəri nəticəsində şəhər azad olundu və dövlət tərəfindən dərhal bərpa və yenidənqurma planı hazırlanaraq icrasına başlanıldı. Azadlıqdan sonra Füzuli rayonunda yollar, su, elektrik və qaz xətləri bərpa olundu, yeni məktəblər, sosial obyektlər, həmçinin Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. Bu layihələr insanların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıtması üçün əsas addımlar idi.

Füzuliyə qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. Əvvəlcə dövlət qurumları tərəfindən məcburi köçkünlər arasında sorğular aparıldı, qayıdışa hazır ailələr müəyyənləşdirildi. Onlar üçün yeni çoxmənzilli binalar inşa edildi və mənzillərin bölgüsü püşkatma yolu ilə aparıldı. İlk mərhələdə 144 ailə (509 nəfər) Füzuli şəhərinə köçürüldü. Daha sonra 25 ailə (112 nəfər) və 22 ailə (94 nəfər) məskunlaşdırıldı. Hazırda ümumilikdə 824 ailə (3141 nəfər) Füzuli şəhərində daimi yaşayır.

Köçən ailələr üçün yalnız yaşayış şəraiti deyil, sosial infrastruktur da bərpa olunub. Yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri və ictimai binalar istifadəyə verilib. Küçələrə asfalt örtük çəkilib, işıqlandırma və rabitə sistemi qurulub. Dövlətin məqsədi təkcə tikinti aparmaq deyil, həm də Füzulini yenidən canlı, müasir və abad bir şəhərə çevirməkdir.

“Böyük Qayıdış” proqramının növbəti mərhələlərində Füzuli rayonuna daha minlərlə insanın qayıdışı planlaşdırılır. 2026-cı ilin sonunadək təxminən 22 min nəfərin Füzuli rayonunda məskunlaşacağı, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 140 minədək vətəndaşın qayıdacağı gözlənilir.

Füzuli şəhərinə qayıdış prosesi Azərbaycanın tarixi ədalətinin bərpası və xalqımızın iradəsinin təntənəsidir. Bu gün Füzuli təkcə azad edilmiş bir şəhər deyil, həm də yenidən doğulan bir vətən torpağıdır. Hər bir qayıdan ailə bu torpaqda həyatın yenidən başlanğıcını yazır. 17 oktyabr — Füzuli şəhərinə qayıdışın simvolu, xalqımızın Zəfər və Qürur Günü kimi tarixdə əbədi yaşayacaq.

 

Emil Yusifov

Əmircan bələdiyyəsinin sədri

 

↑