Cümə, 30 Oktyabr 2026 08:40:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Füzuli: Tarixin Dərinliklərindən Yeni Bir Bahara

17.10.2025 12:20 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Füzuli rayonu, Azərbaycanın cənub-qərb sərhədində, qədim keçmişin izlərini daşıyan, əsrarəngiz bir diyardır. O, sadəcə coğrafi mövqeyi ilə deyil, həm də zəngin mədəni irsi və təbiətinin füsunkar gözəlliyi ilə seçilir. Sanki buradakı hər bir daş, zamanın sınağından çıxmış, tarixə şahidlik edən bir abidədir. Rayonun yaddaşı, müstəqil bir xalqın əzmini, mədəniyyətinin zənginliyini və dövrü ilə uyğunlaşan dəyərlərini özündə yaşadır. Strateji əhəmiyyətli bu torpaqlar, Cəbrayıl, Xocavənd, Ağdam və Beyləqan rayonları ilə qonşu olaraq, dağların, düzənliklərin və çayların harmoniyası ilə zəngindir.

Lakin 1993-cü ilin avqustu bu qədim yurda ağır bir zərbə vurdu; Ermənistan silahlı qüvvələri Füzulini işğal etdi. O illər yüzlərlə insanın həlak olduğu, əhalinin isə qaçqın və məcburi köçkünə çevrildiyi, ağır humanitar böhranın yaşandığı dövr idi. Tarixi abidələr, məscidlər, məktəblər – bir millətin irsi məhv edildi, yer üzündən silindi.

2020-ci ilin qırx dörd günlük Vətən müharibəsi, Füzuli səhifəsində erməni vandalizminin sonu və yeni bir dövrün başlanğıcı oldu. Bu zəfər, təkcə tarixi bir qələbə deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin yeni, parlaq mərhələsinin simvoludur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü olaraq təsis edildi. Bu gün, şəhərin azadlığına həsr olunmaqla yanaşı, bütün Füzuli sakinlərinin və Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsinin böyük bir bayramıdır.

Bu proqram insanları öz doğma torpaqlarına qaytarmaqla yanaşı, bölgənin iqtisadi, sosial və mədəni inkişafını təmin etməyi hədəfləyir. Proqramın birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda, Füzulidə 22 min insanın rahat yaşayışı planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda isə ümumilikdə 140 min insanın köçürülməsi gözlənilir.

Füzulinin bərpası, eyni zamanda beynəlxalq əməkdaşlığın parlaq bir simvoludur. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə burada müasir məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə isə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Bu mərkəzlər gələcək nəsillər üçün yeni imkanlar yaradaraq, iki qardaş xalq arasında dostluğun rəmzi və mədəni mübadilənin gücləndiricisidir.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Füzuliyə dəfələrlə səfər edərək, bərpa işlərini izləmiş, atılan addımları yüksək qiymətləndirmişdir. O, Füzulinin təkcə müstəqil Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin nişanəsi olduğunu bildirmişdir. Bu səfərlər, əhalinin əhval-ruhiyyəsini yüksəldir, onlara öz torpaqlarında daha yaxşı bir gələcək qurmaq vəd edir.

Prezident cənab İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə sakinlərlə görüşündə gənc nəslin də doğma torpağına qayıtmaq qərarını son dərəcə qürurverici və böyük hadisə kimi qiymətləndirmişdir. Bu gün Füzulinin timsalında bütün dünya erməni vandallığının miqyasını aydın görür. Azərbaycan isə öz ərazilərini yenidən qurur, bu torpaqlara yeni bir həyat nəfəsi verir. Füzuli indi sadəcə bir şəhər deyil, o, qayıdışın, dirçəlişin və əbədi zəfərin canlı nümunəsidir.

 

Gülnar  Hacıyeva

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin  Tarix müəllimi

 

↑