Cümə, 30 Oktyabr 2026 08:39:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir

14.10.2025 10:19 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqət çəkir. Həm qarşılıqlı səfərlər həm də dövlət başçısı cənab  İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional tədbirlər bu siyasətin dinamikliyini göstərir. Bunun üçün təkcə son aylarda atılan addımlara diqqət yetirmək kifayətdir. Prezident  cənab İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri də bu istiqamətdə atılmış növbəti addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev çıxış edərək, həm MDB çərçivəsində,həm də ikitərəfli səviyyədə Azərbaycan–Tacikistan münasibətlərinə geniş toxundu. Prezident  cənab İlham Əliyev görüş zamanı vurğuladı ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət və etimada, tarixi və mədəni yaxınlığa əsaslanır. Prezident Emomali Rəhmon da öz növbəsində bildirdi ki, Tacikistan Azərbaycanla əlaqələrin dərinləşməsini mühüm strateji istiqamət hesab edir və əməkdaşlığın bütün sahələrdə genişlənməsi üçün real imkanlar mövcuddur.

Cənab Prezident çıxışında qeyd etdi ki,bu münasibətlər yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır, həm də iqtisadi, humanitar, mədəni və təhsil sahələrində davamlı əməkdaşlıqla müşayiət olunur. Dövlət başçısı bildirdi ki, bu əməkdaşlıq qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır və böyük inkişaf potensialına malikdir. Tarixə nəzər salsaq görərik ki,ölkələrimiz arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub və 2007-ci ildə  Azərbaycanın Tacikistanda səfirliyi, bir il sonra Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə 2007-ci ildə bağlanmışvəbu sənəd iki ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın hüquqi əsaslarını müəyyən etmişdir. Prezident  cənab İlham Əliyev çıxışında qeyd etdi ki, xalqlarımızın ortaq tarixi və mənəvi kökləri iki ölkəni bir-birinə daha da yaxınlaşdırır: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl şəkildə inkişaf edir və bu, xalqlarımızın dostluğunun təzahürüdür.”

Səfər çərçivəsində iqtisadi, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından biri oldu. Tərəflər regionda enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və qarşılıqlı sərmayələrin təşviqi ilə bağlı fikir mübadiləsi apardılar. Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsinin artırılması üçün birgə komissiyanın fəaliyyətinin gücləndirilməsi razılaşdırıldı. Həmçinin “Orta Dəhliz” və “Şimal–Cənub” nəqliyyat marşrutları çərçivəsində əməkdaşlığın önəmi vurğulandı. Prezidentlərin görüşündə mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlığın da genişləndirilməsi müzakirə olundu. Tərəflər birgə mədəni tədbirlərin təşkili, gənclər və tələbə mübadilələrinin artırılması barədə razılığa gəldilər.

Düşənbə görüşü bir daha sübut etdi ki, Azərbaycan–Tacikistan münasibətləri MDB məkanında uğurlu tərəfdaşlığın parlaq nümunəsidir. Dövlət başçılarının ardıcıl səyləri nəticəsində bu əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, həm də xalqlar arasında mənəvi birliyin, humanitar əlaqələrin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. İki ölkənin strateji əməkdaşlığı regional sabitlik, inkişaf və qarşılıqlı dəstək üçün böyük perspektiv və imkanlar yaradır.

Düşənbə görüşü Azərbaycan diplomatiyasının uğurlu və məqsədyönlü siyasətinin daha bir bariz nümunəsidir və iki ölkə münasibətlərinin gələcək illərdə daha da dərinləşməsinə yol açacaq.  Prezident cənab İlham Əliyevin çıxışı bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və MDB məkanında stabil, qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin yaradılmasına xidmət edəcəyini bir daha təsdiqlədi.

 

Elçin Seyfullayev

Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

 

 

↑