Cümə, 30 Oktyabr 2026 08:40:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

DÜŞƏNBƏDƏN GƏNCƏYƏ UZANAN DİPLOMATİK MESAJ

14.10.2025 10:16 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident cənab İlham Əliyev Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbədə səfərinin şahidi olduq. Bu səfər, eyni zamanda, Azərbaycan-Tacikistan münasibətlərinin dünəninə və bu gününə diqqət yetirməyi zərurət kimi ortaya qoydu. Səfər Azərbaycan-Tacikistan münasibətlərinə, həmçinin MDB ölkələri arasında əməkdaşlığa da işıq saldı.

Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar münasibətilə təbrik edən cənab İlham Əliyev qeyd etdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. “Bütün bunlar bizi dost kimi çox sevindirir,” – deyə Prezidentimiz bildirdi.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Prezident cənab İlham Əliyevin və Prezident cənab Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Bu səfərlər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət etməkdədir.

MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü baş tutmuşdur. Görüş zamanı iki ölkə liderinin daha əvvəl Azərbaycanda, Tacikistanda və beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlər məmnunluqla xatırlandı. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığa verdiyi töhfələr vurğulandı.

Sentyabrın 28-də Gəncə şəhərində keçirilən təntənəli açılış mərasimi MDB məkanında həm idman, həm də dostluq və qarşılıqlı anlaşma baxımından əlamətdar hadisəyə çevrildi. Prezident cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva açılış mərasimində iştirak etdilər. Tədbirdə Azərbaycanın milli mədəniyyəti, tarixi və müasir inkişafı müxtəlif musiqi, rəqs və teatr kompozisiyaları vasitəsilə nümayiş etdirildi. Xalq rəqsləri və səhnəciklər mərasimə xüsusi rəng qatdı.

III MDB Oyunları yalnız idman yarışı deyil, həm də mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsinin bariz nümunəsi oldu. Qeyd etdiyimiz kimi, yarışlar yalnız Gəncə ilə məhdudlaşmadı – Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olundu. Bu isə regionlarda idmanın və turizmin inkişafına müsbət təsir göstərdi.

Azərbaycanın uğurla ev sahibliyi etdiyi bu kimi beynəlxalq tədbirlər – o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışı – ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. III MDB Oyunları idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha təsdiqlədi.

Göründüyü kimi, Möhtərəm Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə hər bir çıxışı Azərbaycan reallıqlarının, ölkəmizin dünya birliyindəki rolunun və artan nüfuzunun təqdimatıdır.

 

Sevinc Hüseynova

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

↑