Cümə, 30 Oktyabr 2026 15:18:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00
Xəbər xətti

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz

07.07.2025 09:24 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2025-ci il iyulun 4-də Prezident cənab  İlham Əliyevin ev sahibliyi ilə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü tarixi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu tədbir təkcə iqtisadi inteqrasiyanın müzakirə olunduğu beynəlxalq toplantı olmaqla yanaşı, həm də Qarabağın və ümumilikdə Azərbaycanın suverenliyinin möhkəmlənməsinin təzahürüdür.

Prezident cənab İlham   Əliyev çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını bildirdi. 30 il ərzində Ermənistan tərəfindən viran qoyulmuş şəhər və kəndlər, dağıdılmış mədəni və dini irs, basdırılmış milyonlarla mina – bütün bu fəsadlar dövlət tərəfindən aradan qaldırılır. Prezident vurğuladı ki, artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır və fəaliyyət göstərir.

Zirvə görüşünün başqa mühüm məqamı Azərbaycanın regional təşəbbüsləri və enerji layihələri ilə bağlı idi. Prezident cənab İlham Əliyev  qeyd etdi ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və tranzit potensialını getdikcə artırır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji önəm daşıyır. Qarabağda keçirilən bu cür beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq diplomatiyadakı fəallığının nəticəsidir. Prezidentin çıxışında qeyd etdiyi kimi, 2023-cü ildə Şuşada ECO Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, 2025-ci ilin mayında isə Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib. İndi isə növbə Xankəndiyə çatıb.

ECO Zirvə görüşü çərçivəsində həm də bir sıra yeni təşəbbüslər irəli sürülüb. İlk dəfə olaraq təşkilat çərçivəsində ECO Həftəsi elan edilib, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil olunub. Bu tədbirlər Azərbaycanın təşkilata inteqrasiya prosesini daha da dərinləşdirir.

Nəticə etibarilə, Prezident cənab  İlham Əliyevin Xankəndidəki çıxışı və ev sahibliyi etdiyi Zirvə görüşü Azərbaycanın güclənən mövqeyini, iqtisadi və diplomatik fəallığını, həmçinin tarixi ədalətin bərpası istiqamətində atdığı ardıcıl addımları bir daha nümayiş etdirdi. Qarabağ bu gün sülhün, bərpanın və beynəlxalq əməkdaşlığın yeni simvoluna çevrilməkdədir.

 

Səadət Məmmədova

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

↑