Cümə, 30 Oktyabr 2026 16:05:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00
Xəbər xətti

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir

27.06.2025 18:16 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Hər bir böyük layihənin arxasında təkcə iqtisadi və texniki hədəflər deyil, həm də dərin məna və simvolizm dayanır. Mingəçevirdə istismara verilən nəhəng elektrik stansiyasına Azərbaycan Prezidenti cənab  İlham Əliyevin şəxsən “8 Noyabr” adını seçməsi bu layihənin milli və tarixi əhəmiyyətini vurğulayan strateji bir addımdır. Bu ad, Azərbaycan xalqının şanlı Zəfər tarixini əbədiləşdirir və bu infrastruktur obyektinin ölkə üçün nə qədər böyük önəm daşıdığını göstərir. Beləliklə, “8 Noyabr” stansiyası sadəcə bir enerji obyekti deyil, həm də Azərbaycanın iradəsinin, gücünün və Zəfər ruhunun təcəssümüdür.

Bu simvolizmin dərinliyini anlamaq üçün yaxın keçmişə nəzər salmaq kifayətdir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın mülki infrastrukturu, o cümlədən enerji obyektləri məqsədyönlü şəkildə hədəfə alınırdı. Ermənistan rəhbərliyi müharibədən əvvəl də Mingəçeviri bombalamaq, buradakı su bəndini dağıtmaq və elektrik stansiyasını sıradan çıxarmaq kimi təhdidlər səsləndirirdi. Müharibə dövründə isə Mingəçevir şəhərinə uzaq mənzilli raketlərin atılması bu təhdidlərin real təcavüzə çevrilməsinin sübutu idi. Məqsəd Azərbaycanın enerji infrastrukturunu iflic vəziyyətinə salmaq, dinc əhali arasında təşviş yaratmaq idi. Bu hərəkətlər, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərin atəşə tutulması ilə birlikdə Ermənistanın hərbi cinayətkar dövlət olduğunu bir daha təsdiqləyirdi. Məhz bu təcavüzkar siyasətin hədəfində olan bir məkanda bu gün regionun ən böyük elektrik stansiyasının tikilməsi və ona Zəfər Gününün adının verilməsi, Azərbaycanın düşmən niyyətləri üzərindəki qələbəsinin simvolik təsdiqidir.

“8 Noyabr” layihəsi həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq modelinin uğurunu nümayiş etdirir. Stansiyanın inşasında İtaliya və Çin şirkətlərinin Azərbaycan energetikləri ilə birgə çalışması, ölkənin etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu göstərir. Bu, təsadüfi bir əməkdaşlıq deyil. Azərbaycan həm İtaliya, həm də Çin ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışdır. İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında xam neft və təbii qaz sahəsində uzunmüddətli strateji əməkdaşlıq mövcuddur. Çin isə Azərbaycanın qabaqcıl ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, son dövrlər xüsusilə bərpa olunan enerji layihələrinin icrasında mühüm rol oynayır. Ölkədə yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatının böyük hissəsinin Çin şirkətləri tərəfindən təmin edilməsi bu əməkdaşlığın dərinləşdiyini göstərir. Beləliklə, “8 Noyabr” stansiyası fərqli qitələrdən olan strateji tərəfdaşların bir araya gələrək yaratdığı möhtəşəm beynəlxalq əməkdaşlıq nümunəsidir.

Bu layihə Azərbaycanın geosiyasi önəmini daha da artırır. Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir və bu gün Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkələr sırasındadır. Avropa İttifaqının Azərbaycanı “etibarlı tərəfdaş” və “Pan-Avropa qaz təchizatçısı” adlandırması bunun bariz göstəricisidir. Hazırda Azərbaycan qazı kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Bu, qaz təchizatının coğrafiyasına görə Azərbaycanı dünya miqyasında qabaqcıl yerlərə çıxarır. “8 Noyabr” kimi yeni güclərin yaranması daxili tələbatı daha səmərəli ödəməyə və ixrac üçün əlavə həcmdə təbii qaza qənaət etməyə imkan verəcək. Gələcəkdə isə bərpa olunan enerji layihələri hesabına “yaşıl enerji”nin də ixracı nəzərdə tutulur ki, bu da ölkənin iqtisadi gücünü və geosiyasi əhəmiyyətini daha da artıracaq.

Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyası çoxşaxəli bir hadisədir. O, bir tərəfdən tarixi Zəfərin enerji sektorundakı abidəsi, düşmən niyyətlərinə verilən ən tutarlı cavabdırsa, digər tərəfdən Azərbaycanın sabitlik, inkişaf və tərəqqi məkanı kimi dünya miqyasında tanınmasının təsdiqidir. Münaqişələrin səngimədiyi bir regionda Azərbaycanın sülh və quruculuq adası kimi öz rolunu möhkəmləndirməsi, bu cür nəhəng layihələr sayəsində mümkün olur. Bu stansiya, Azərbaycanın öz əməyi, zəhməti və düşünülmüş siyasəti ilə qazandığı uğurların parlaq simvolu kimi uzun illər fəaliyyət göstərəcəkdir.

 

Yusif İbrahimov

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

↑