Cümə, 30 Oktyabr 2026 16:05:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00
Xəbər xətti

İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

27.06.2025 17:20 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Tarixən Azərbaycan energetika istehsalında mühüm rol oynayan dövlətlərdən biri olmuşdur. Dünyaya neft və qaz istehsal və ixrac edən Azərbaycan indi də elektrik enerjisinin istehsalında mühüm nailiyyətlər əldə etmişdir. Bu gün də energetika sahəsində ölkəmizdə əlamətdar gündür.

“8 Noyabr” Elektrik Stansiyasının açılışı mühüm bir hadisə olmuşdur. Ölkəmizin enerji potensialını ümümilikdə böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddətdə bütün işlərin başa çatması və istifadəyə verilməsi ölkəmizin gücünü , potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanda ən böyük eletrik stansiyasıdır.

1880 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını təbii olaraq daha da gücləndirəcəkdir. Enerji sisteminin səmərəliyini artıracaqdır. Bununla da Mingəçevirin nəinki Azərbaycanda, həmçinin bütövlükdə Cənubi Qafqazda energetika mərkəzi olan statusunu daha da gücləndirəcəkdir. Hal hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizdən çoxu Mingəçevirdə istehsal olunur. Bu işlər Azərbaycanın bu sahədə də doğru yolda olduğunu sübut edir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1974 cü ildə Mingəçevirdə ” Azərbaycan” İstilik Energetik Stansiyasının təməli qoyulmuşdur. Mingəçevir 1970 ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi oynamışdır. Ulu Öndər  Heydər Əliyevin iştirakı ilə stansiyanın birici bloku 1981 ci ildə istismara verilmişdir. Sonra digər bloklar da istismara verilərək sovet dövründə Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir.

Müstəqilliyin ilk illərində Azərbaycanda energetika sahəsində qıtlıq yaranması ilə əlaqədar elektrik enerjisinin saatlarla verilməsi, hətta televiziya verilişlərinin axşam saat 12 də dayandırılması halları olmuşdur. Energetika sistemlərimiz lazımı qədər elektrik enerjisi istehsal edə bilmirdi. Çünki, həm yanacaq nöqteyi nəzərindən çətinliklər var idi, həm də bu sistem çox köhnəlmişdi. Yalnız  Ulu Öndər  Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələr də olsa insanlara və müəssisələrə eletrik enerjisi verilməyə başlanmışdır. Bu işlərdə Mingəçevirin tarixi zəngindir. Təcrübəli kadr potensialı uğurları qazanmağı daha da yeni imkanlar yaradır.

Son 20 ildə Azərbaycanın energetika sistemi demək olar ki sıfırdan qurulmuşdur. Ölkəmizdə müxtəlif yerlərdə elektrik stansiyaları qurulmuşdur. Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır.

2018 ci ildə ” Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurma işləri başlamışdır.

2020-ci il iyunun 25-də – düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, su elektrik stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Bu işlərin qısa vaxtda başa çatdırılması rekord nəticə sayıla bilər.

Strateji tərəfdaşlıq haqqında İtaliya ilə 2, Çin ilə 2 bəyannamə imzalanmışdır. İtaliya Azərbaycanın 1 nömrəli ticarət tərəfdarıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Azərbaycanda bu gün yaradılan Günəş elektrik stansiyasının təhcizatı Çin şirkətləri tərəfindən təmin edilir.

” 8 Noyabr” Stansiyasının istifadəyə verilməsi şərti yanacaq sərfiyyatını azaldacaq. Bu da təbii qaza olan ehtiyacı azaldacaq.

Energetika hər bir ölkənin təhlükəsizliyi məsələsidir. 44 günlük Qarabağ müharibəsi dövründə erməni hərbi qüvvələri Mingəçeviri raketlərlə atəşə tutsa da Azərbaycan ordusun müdafiə tədbirləri nəticəsində istədiklərinə çatmamışlar. Bu da bir daha Ermənistanın cinayətkar dövlət olmasını sübut edir.

Stansiyaya “8 Noyabr” adının verilməsi Zəfər tariximizlə bağlıdır. Zəfər xalqımıza, dövlətimizə yaraşır.

 

Leyla Əliyeva

Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru

↑