Cümə, 30 Oktyabr 2026 16:11:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00
Xəbər xətti

Şuşa Bəyannaməsinin Yeni Geosiyasi Reallıqları

15.06.2025 12:37 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada imzalanmış Azərbaycan–Türkiyə Müttəfiqlik Bəyannaməsi iki dövlət arasındakı münasibətlərdə strateji və tarixi bir dönüş nöqtəsi oldu. Əgər bu vaxta qədər Bakı və Ankara arasında qardaşlıq, diplomatik və mədəni əməkdaşlıq əsas xətt idisə, bu sənəd münasibətləri hüquqi zəminə oturtmaqla onları strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu isə təkcə regional deyil, qlobal güc balansına da təsir göstərən mühüm addım kimi qiymətləndirilir.

Bəyannamədə hərbi və müdafiə sahəsində əməkdaşlığa dair müddəaların ön plana çıxması sənədin sadəcə dostluq niyyəti ilə deyil, konkret təhlükəsizlik təminatı ilə formalaşdığını göstərir. Bu, hərbi sinxronlaşmanın dərinləşməsi və zərurət yarandığı təqdirdə, qarşılıqlı hərbi yardımın reallığa çevrilməsi deməkdir. İkinci Qarabağ müharibəsində əldə olunan təcrübə və Türkiyənin yüksək texnologiyalı hərbi imkanları Azərbaycanın müdafiə strategiyasına güclü dəstək verir və bu sahədə yeni impulslar formalaşdırır.

Bəyannamənin əhatə etdiyi mühüm strateji layihələrdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz təkcə Azərbaycan və Türkiyəni deyil, ümumilikdə Türk dünyasını birləşdirən yeni ticarət və nəqliyyat xətti kimi çıxış edir. Regionun geoiqtisadi mənzərəsini yenidən formalaşdıraraq Azərbaycanı Cənubi Qafqazda əsas tranzit mərkəzinə çevirir. Beləliklə, bu layihə həm iqtisadi, həm də siyasi baxımdan çoxşaxəli təsir gücünə malikdir.

Müasir dövrdə informasiya axınları da ənənəvi təhlükəsizlik sahələri qədər əhəmiyyətlidir. Bu səbəbdən Bəyannamədə media, diaspor və informasiya diplomatiyası sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanır. Bu yanaşma beynəlxalq aləmdə Azərbaycan və Türkiyənin informasiya müstəvisində mövqeyini gücləndirərək, daha effektiv mesajların verilməsinə və milli narrativlərin müdafiəsinə şərait yaradır.

Şuşa Bəyannaməsi faktiki olaraq yalnız iki dövlət arasında imzalanmış sənəd deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatına inteqrasiyanı dərinləşdirən və Türk dünyasının siyasi gələcəyini müəyyən edən strateji manifest rolunu oynayır. Orta Asiyadan Anadoluyadək uzanan geniş coğrafiyada ortaq mədəni, iqtisadi və siyasi hədəfləri olan Türk birliyi ideyasını praktik müstəviyə keçirir. Azərbaycan və Türkiyənin bu səviyyəli strateji əməkdaşlığı isə regionda sabitliyin və balansın qorunmasında mühüm rol oynayır.

Bəyannamənin Ermənistandakı revanşist qüvvələrə və onları dəstəkləyən xarici dairələrə cavab mahiyyəti daşıması da diqqətdən yayınmamalıdır.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi sadəcə arzu və niyyətlər toplusu deyil, gündəlik diplomatik, iqtisadi və hərbi əməkdaşlıqla möhkəmləndirilən və icrası artıq başlanan real bir platformadır. Bu sənəd, XXI əsrin çağırışları fonunda Azərbaycan və Türkiyənin strateji müttəfiqliyinin bölgədə sabitlik, sülh və rifah üçün əsas dayaqlardan biri olduğunu bir daha sübut edir. Əgər XX əsr “bir millət, iki dövlət” ideyası ilə yadda qaldısa, XXI əsr bu ideyanın institusional və dövlət siyasətinə çevrildiyi dövr kimi tarixə düşəcək.

 

Nüşabə Abbasova

 Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi

 

↑