Cümə, 30 Oktyabr 2026 15:19:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!30.10.2026 15:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00
Xəbər xətti

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi

03.06.2025 15:18 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyun ayının 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil & Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev qonaqları və tədbirin təşkilatçılarını salamlayaraq çıxışına 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji strategiyasının əsasını qoyduğunu qeyd edərək davam edib. Həmçinin dövlət başçısı müqavilənin yalnız kommersiya layihəsi deyil, həm də Azərbaycanın dövlətçiliyini gücləndirmək və iqtisadiyyatını inkişaf etdirmək üçün böyük əhəmiyyət daşıyan bir layihə olduğunu vurğuladı.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan, xarici investorlar üçün cəlbedici bir ölkə halına gəlmiş və bu, ölkənin iqtisadi inkişafının təməlini qoymuşdur. Əsrin müqaviləsi Azərbaycanın tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru olan yolunun başlanğıcı olmuşdur.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.

Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpa olunan enerji hesabına təmin edəcəyik.

Azərbaycan bu gün sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik bir ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə, müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə mövqeyini gücləndirmişdir. Ölkəmizin iqtisadiyyatı, neft və qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da genişlənməsi ilə xarakterizə olunur.

Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 30-cu Yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimi, ölkəmizin beynəlxalq aləmdəki mövqeyini və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasətinin uğurlarını bir daha nümayiş etdirdi.

 

Qurbanəli İslamov

Suraxanı RİHB-nin Hövsan Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi,

2-ci Qarabağ müharibəsi Qazisi

 

↑