Cümə, 30 Oktyabr 2026 08:03:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə barədə

17.03.2025 22:12 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan son illərdə qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub. Ölkənin geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb və müasir dünyada mövcud olan qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın, qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Azərbaycanın evsahibliyi etdiyi bu dəfəki forumda da 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak etdi. Dövlət başçısı forumun əhəmiyyətindən danışaraq bildirıb ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər

Müsahibə zamanı, XII Qlobal Bakı Forumunun missiyası, beynəlxalq münasibətlərin hazırkı durumu və Cənubi Qafqazda vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Forumda müxtəlif fikirlərin kombinasiyası mövcud olduğunu qeyd edən dövlət başçısı bunun müsbət hal olduğunu vurğulayıb. Geosiyasi dəyişikliklərdən bəhs edən Prezident İlham Əliyev Vaşinqtonda baş verən hadisələrə diqqət çəkərək bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir və bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Dünyada baş  verən böhranlardan regionumuzun qorunması ən vacib məsələlərdən biridir olduğunu bir daha Prezident İlham Əliyev qeyd edib.

Dünyadakı münaqişələrdən bəhs edən Prezident İlham Əliyev onu da vurğulayıb ki, hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir və bunu tez  bir zamanda anlamalıdır.

Prezident İlham Əliyev bildirib ki,  Azərbaycan və Ermənistan arasında atəşkəsin təxminən 30 il mövcud olduğunu, ancaq bunun müharibənin sona çatması demək olmadığını bildirərək vurğulayıb ki, müharibə yalnız sülh sazişi imzalananda bitir və İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla hələ də sülh müqaviləsinin imzalanmadığını və sülh sazişi imzalanana qədər bölgədə sabitliyin təmin olunmayacağını qeyd edib.

Prezident qeyd edib ki, XII Qlobal Bakı Forumunda iştirakçılar qlobal məsələlər barədə fikirlərini bölüşürlər və müzakirələr əsnasında müxtəlif yanaşmalar ortaya çıxır. Forumun beynəlxalq məsələlərə yanaşmada mühüm rolu olduğunu vurğulayıb.

Ölkələr daxili resurslarına güvənərək öz gələcəklərini qurmalıdırlar, çünki beynəlxalq hüququn xarici yardıma əsaslanmaq, ölkələri zəiflədir və suverenliyini itirməyə səbəb ola bilər.

Bu müsahibə, Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq mövqeyini və dünya siyasi arenasında baş verən dəyişikliklərə necə yanaşdığını aydın şəkildə göstərir.

İlham Əliyev həm prezident, həm xalq lideri kimi dövlətimizin qüdrətini ifadə etməklə yanaşı, həm də qlobal siyasi proseslərin mükəmməl bilicisi kimi dünyaya ən gerçək diplomatik reallığı anlatdı. Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi dünyaya dövlətimizin və onun liderinin gücünün açıq bəyanı idi.

 

Rəcəbova Mahru

 Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

↑