Cümə, 30 Oktyabr 2026 07:14:33 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

İki ölkə arasında humanitar sahədə də əməkdaşlığa ehtiyac vardır

12.03.2025 15:10 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.   Prezident İlham Əliyev respublikamıza ikinci dəfə səfər edən xanımı salamlayaraq bildirib ki, onun COP29-dakı fəal iştirakı və bu konfransa töhfə verməsi çox sevindiricidir və bu dəvətin Xanım Qordana tərəfindən qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayacağını qeyd edib. Müsbət haldır ki, artıq  iki ölkə arasında energetika sahəsində əməkdaşılıq başlayıb. 2025-ci ildə Azərbaycan Makedoniyanı təbii qazla təmin edəcəkdir. Gələcəkdə bunun artırılması da nəzərdə tutulur.

Prezident qeyd etmişdir ki, ölkələr arasında humanitar sahədə də əməkdaşlığa ehtiyac vardır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təşkil olunmuş XII Qlobal Forumda Makedoniyanın iştirakı əvəzedilməzdir. Sizin fikirləriniz hamımız üçün çox maraqlı ola bilər.

Daha sonra Prezident Davkova da dəvətə görə təşəkkürünü bildirərək ilk cümhuriyyətin, ilk operanın, ilk filarmoniyanın yaradıldığı bir ölkədə qonaq olması ilə fəxr etdiyini söyləmişdir. Əgər biz qısa bir müddət ərzində ikinci dəfə görüşürüksə, demək bunun yaxşı əsasları vardır. Azərbaycanın gözəlliyini vurğulayan Prezident Davkova turizm sahəsində də əlaqələrin inkişaf etdirilməsinin zəruri olduğunu bildirmiş, səmimi qonaqpərvərliyə görə təşəkkür etmişdir.

Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakı dostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, ADA universitetində Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyat və mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib. Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcək planları, təhsil imkanları və ikitərəfli münasibətlərin perspektivləri ilə maraqlanıb.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

Eyni gündə Zəfər Parkını ziyarət edən Davkovaya Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Prezidentlərin bu görüşü ölkələr araslndakı siyasi-iqtisadi əlaqələrin, xalqlar arasındakı səmimi münasibətlərin inkişafında təkan olacaq.

 

Kərəm Mehdiyev

                                                                      

Suraxanı rayonu, N. Rəfiyev adına 104 nömrəli tam orta məktəbin direktoru

↑