Cümə, 30 Oktyabr 2026 06:15:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

Qadın gözəllik, məhəbbət, sədaqət və qəhrəmanlıq rəmzidir

07.03.2025 09:58 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Qadın gözəllik, ülviyyət, məhəbbət, sədaqət və müqəddəslik rəmzidir. Qadın həm də qəhrəmanlıq, ləyaqət və cəsarət daşıyıcısıdır. Azərbaycan qadını bütün dövrlərdə sədaqəti, ailəcanlılığı, fədakarlığı ilə seçilərək, ölkənin ictimai-siyasi, mədəni həyatında və dövlətin idarə olunmasında fəal iştirak etmişdir.

Xalqımız həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmış, onun müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər.

Ümumiyyətlə, adları tarıxə düşən, qüdrətli Azərbaycan qadınlarını saymaqla bitməz: Azərbaycan mədəniyyətində, ictimai və sosial həyatında mühüm rol oynamış hökmdar qadın Xurşidbanu Natəvan, Şərqdə ilk ərəbşünas alim Aida İmamquliyeva, Şərqdə ilk opera yazmış qadın Şəfiqə Axundova, ilk diplomat qadın Sara xatun və başqalarının adını saymaqla bitməz.

1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Pekin konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artdı və bunun nəticəsi olaraq 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Ümummilli lider Heydər Əliyev qadınların idarəetmə və hakimiyyətin bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Ulu öndər qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərəkatının formalaşması və inkişafı üçün böyük işlər görmüşdür.

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır. ”Yumşaq güc” siyasətinin təcallası Mehriban Əliyevanın unikal layihələrinin uğurlu icrası Azərbaycan qadınının zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının,mərhəmət və xeyirxahlığının parlaq örnəyidir.

 

 Güləsər Qulaməliyeva

 Suraxanı rayonu R.Abidov adına 85 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

 

↑