Cümə, 30 Oktyabr 2026 06:14:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00
Xəbər xətti

İki dövlər arasında əlaqə qardaşlıq və dostluq üzərində qurulmuşdur

25.02.2025 17:11 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında münasibətlərin tarixi 12 dekabr 1991-ci ildən  başlamışdır. Belə ki, hələ 34 il əvvəl müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan və bu dostluq münasibətlərini  indiyə qədər qoruyan və inkişaf etdirən bu dövlət Azərbaycan Respublikası üçün dost və qardaş ölkədir.

Pakistan İslam Respublikasının, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirməsi, 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyasının Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etməsi, bir daha bu dostluq və qardaşlıq əlaqələrinin səmimiyyət və haqq-ədalətə söykəndiyini göstərir.

24 fevral 2025-ci ildə Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi ilə keçirilən görüş iki dövlət arasında yaxın gələcək üçün nəqliyyat və kommunikasiya, müdafiə, müdafiə sənayesi, biznes, enerji və digər sahələrdə birgə əməkdaşlığa əsaslanaraq atılan mühüm addımlardandır.

İki dövlər arasında əlaqə və münasibətlər siyasi səviyyə ilə bərabər qardaşlıq və dostluq üzərində qurulmuşdur. Bu gün Pakistanda istehsal edilən 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçib. Yaxın gələcəkdə bu və ya digər sahələrdə birgə istehsal sahələrinin yaradılması da qaçılmazdır.Əlbəttə,bu hər iki dövlətin iqtisadi inkişafı üçün önəmli töhfələr verəcək.

Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi önəm və əhəmiyyət verir. Bu əməkdaşlıq iqtisadi, siyasi, müdafiə və mədəni əlaqələrin möhkəmlənməsi və inkişafı baxımında hər iki dövlət üçün önəmlidir.

Azərbaycan Respublikası xarici və daxili münasibətlərdə mədəni və humanitar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun Pakistan İslam Respublikası ilə mədəni əlaqələrin möhkəmlənməsində xüsusi rolu var. 2015-ci ildə Azərbaycan Respublikasının Birininci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında indiyəcən imzalanmış 50 sənəd, bu dövlətlərin bundan sonrakı illərdə də dostluq və qarşılıqlı siyasi, iqtisadi əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir.

 

Şəms Abdullayeva

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑